Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, NATO-nun Baş katibi Mark Rutte ilə Nyu-Yorkda keçirdiyi görüş Kiyevin ballistik hücum altında olduğu bir vaxtda baş tutub və əsas müzakirə mövzusu Ukraynanın “Patriot” sistemlərinə və qış mövsümü üçün dəstək paketinə ehtiyacı olub.

NUHÇIXAN xəbər verir ki, Ukraynanın dövlət başçısı bunu “Telegram”da açıqlayıb.

V. Zelenski qeyd edib: “Baş katib Mark Rutte ilə görüşdüyümüz zaman Kiyev artıq üç ballistik hücum dalğasına məruz qalmışdı. Mən Markı bütün nəticələr, dağıntılar və itkilər barədə ətraflı məlumatlandırdım. Bu, Ukraynanın yaşadığı daimi reallıqdır. Həyatlara qarşı yönələn bu terrora qarşı təkbaşına mübarizə aparmaq mümkün deyil”.

Prezident qeyd edib ki, ukraynalılar qanadlı raketləri və dronları vurmağı öyrəniblər, hazırda “Şahed” reaktiv raketlərə qarşı həll yolu axtarırlar və artıq yaxşı nəticələr əldə edilib.

O əlavə edib: “Lakin indiyə qədər yalnız “Patriot” tutucuları ballistik raketlərə qarşı təsirlidir və biz onlara demək olar ki, hər gün ehtiyac duyuruq. Bu sistemlərə olan ehtiyaclarımızı və qış dəstək paketini necə təmin edə biləcəyimizi müzakirə etdik. Mark, həll yolu axtarmağa hazır olduğunuz üçün təşəkkür edirəm”.

Ukrayna Prezidenti bildirib ki, Rusiyanın daha da irəliləmək və digər xalqların həyatını məhv etmək kimi davamlı təhdidləri fonunda bu, NATO-nun üzv dövlətləri üçün də çox vacibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: