Korsikada yüzlərlə fermer yardım tələb edir

A- A A+

Korsikada yüzlərlə fermer quraqlığın yaratdığı çətinliklərə görə hökumətdən əlavə maliyyə yardımı tələb edərək, etiraz aksiyalarına çıxıb.

NUHÇIXAN xəbər verir ki, sentyabrın 24-də Korsikanın müxtəlif şəhərlərində yüzlərlə fermerin iştirakı ilə nümayişlər keçirilib. Aksiyalar adadakı fermer həmkarlar ittifaqlarının birgə çağırışı ilə təşkil olunub. Etirazlar zamanı səkkiz məktəbin, o cümlədən kollec və liseylərin fəaliyyəti də bloklanıb.

Ayaço şəhərində Korsika-Cənub prefekturasının qarşısına təxminən 150, Bastiyada isə 200 nəfər toplaşıb. Etirazçılar prefektura binasının qarşısına beton bloklar yerləşdirib və dəmir barmaqlıqlardan “Heç kim kənd təsərrüfatını öldürməyəcək” yazılmış lövhələr asıblar. Calvi və Sartene şəhərlərində də oxşar aksiyalar keçirilib.

Fermerlərin əsas narazılığı quraqlıq və yay aylarında baş verən isti hava dalğalarının təsərrüfatlara vurduğu zərərlə əlaqədar hökumətin ayırdığı maliyyə vəsaitinin məbləği ilə bağlıdır. Fransanın Kənd Təsərrüfatı Nazirliyinin təcili yardım planı çərçivəsində Korsikaya 1,3 milyon avro ayrılıb. Fermer təşkilatları isə adanın ehtiyaclarının azı 8 milyon avro olduğunu bildirirlər.

Etiraz aksiyasını FDSEA, “Coordination rurale”, “Jeunes agriculteurs”, “Via Campagnola” və “Mossa Paisana” daxil olmaqla, Korsikanın əsas kənd təsərrüfatı təşkilatları, həmçinin Regional Kənd Təsərrüfatı Palatası dəstəkləyir.

Ayaço prefekturasında fermer həmkarlar ittifaqları ilə görüş keçirilib. Eyni vaxtda Bastiyada da müzakirələrin aparıldığı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: