Türkiyədə maliyyə nazirinin istefa verdiyinə dair iddialar təkzib edilib

A- A A+

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək barəsində yayılan istefa iddialarını təkzib edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.

O, istefa iddialarının həqiqəti əks etdirmədiyini bildirib:

"Şəxsimlə bağlı yayılan istefa iddiaları əsassızdır".

Nazir sözügedən iddiaları Türkiyənin iqtisadi sabitliyini hədəf alan spekulyativ xəbər kimi şərh edib.

Qeyd edək ki, Türkiyənin bəzi yerli media qurumlarında Mehmet Şimşəyin istefa verdiyinə dair məlumat paylaşılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: