Mher Qriqoryan: Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq

A- A A+

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib.

O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib, lakin qeyd edib ki, İrəvan və Bakının bu istiqamətdə əməkdaşlığı davam etdiriləcək.

"Biz reqlamenti təsdiqləmişik və işlər ona uyğun olaraq davam etdiriləcək. Bu barədə mütləq elan olunacaq", - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan vəziyyətin sabitləşməsinə və regionda uzunmüddətli sülhə köklənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: