ABŞ rəsmiləri Çinlə danışıqlar zamanı Pekinin nüvə arsenalının artırılması və nüvə sınaqları ilə bağlı iddiaları müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Cenevrə, Nyu-York və Kasablankada keçirilən görüşlərdə ABŞ tərəfi Çindən nüvə sınaqları ilə bağlı iddialara cavab verməsini tələb edib. Çin isə bu ittihamları rədd edir.
ABŞ, həmçinin Pekindən ballistik raket sınaqları barədə əvvəlcədən məlumat verməsini və nüvə qüvvələrinin miqyası ilə bağlı daha çox şəffaflıq göstərməsini istəyib. Danışıqların gələn ay da davam etdirilməsi gözlənilir.
