Media: Husilərin hücumları fonunda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında görüş keçirilməsi planlaşdırılır

A- A A+

Yəməndə husilərin fəallaşması fonunda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan liderləri tərəfindən 7 avqust 2026-cı ildə imzalanmış Məkkə Müdafiə Sazişinin həyata keçirilməsi təcili məsələyə çevrilib.

NUHÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, husilərin Səudiyyə Ərəbistanına hücumları təhlükəsinin aradan qaldırılması üçün addımlar hazırlamaq məqsədilə üç ölkənin Baş Qərargah rəislərinin yaxın günlərdə üçtərəfli görüşü planlaşdırılır.

Bu məsələ Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri tərəfindən müzakirə edilib.

ABŞ-yə yola düşməzdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Məkkə Sazişi tərəflərinin Səudiyyə Ərəbistanı ərazisində husilərlə münaqişədə hərbi ehtiyacları ödəyə biləcəyi ehtimalını istisna etməyib.

“Bu gün Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə və suverenliyinə ciddi hücumların şahidi oluruq. Ankaranın Ər-Riyadla müttəfiqlik müqaviləsi var və sözünə əməl edir. Biz vəziyyəti yaxından izləyirik. Səudiyyə Ərəbistanının hərbi ehtiyacları xüsusilə müəyyən texniki məsələlərlə bağlı ola bilər. Bu ehtiyacları ödəməkdə heç bir çətinlik çəkməyəcəyik”, - deyə H. Fidan qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: