Almaniya Bundestaqı yanacaq qiymətlərinin artmasının qarşısının alınması və azaldılması məqsədilə oktyabrdan dekabrın sonunadək tətbiq ediləcək yanacaq güzəştinə dair yeni qanun layihəsini təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, qanunun oktyabrın 1-dən qüvvəyə minməsi üçün sənəd sürətləndirilmiş qaydada Bundesrata (Əyalətlərin Nümayəndələri Şurası) təqdim olunacaq. Enerji vergisinin benzin və dizelin hər litri üçün 14 sent azaldılması nəzərdə tutulur. Əlavə dəyər vergisinin də azalması nəzərə alınmaqla, ümumi güzəşt təxminən 17 sent təşkil edəcək.
Hökumətin məlumatına görə, tədbirin ümumi maliyyə həcmi 2,5 milyard avrodur və bu vəsaitin yarısını federal əyalətlər qarşılayacaq.
Bu qərar yüksək enerji qiymətləri fonunda qəbul edilib. Hökumət, həmçinin 2027-ci il yanvarın 1-dən etibarən yanacaq qiymətləri üçün ən yüksək həddin müvəqqəti tətbiqi imkanını nəzərdən keçirir.
