Şevtsov: Rusiya qazından imtina Ermənistan üçün Aİ ölkələrinə nisbətən daha ağrılı olacaq

A- A A+

Rusiya qazından imtina Ermənistan üçün Aİ ölkələrinə nisbətən daha ağrılı olacaq.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın İrəvanın qazı mümkün olan hər yerdən, xüsusən də Rusiya, Türkiyə, Azərbaycan və İrandan alacağı barədə bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan bu gün Rusiya qazını güzəştli şərtlərlə alır, halbuki digər ölkələrdən yanacaq idxalı İrəvana xeyli baha başa gələcək.

"Sadalanan variantların hər birində qaz Rusiyadan güzəştli şərtlərlə (1 min kubmetr üçün 177 ABŞ dolları - red.) alınan qazdan xeyli baha olacaq. Ermənistan bu güzəştli şərtlər sayəsində son illərdə iqtisadi sabitliyi və artımı təmin edə bilib. Bununla yanaşı, onun mənbələrinin şaxələndirilməsi əlavə xərclərə səbəb olacaq", - Şevtsov bildirib.

Şevtsov həmçinin qeyd edib ki, uzunmüddətli müqavilələr çərçivəsində qaz, bir qayda olaraq, daha ucuz qiymətə tədarük edilir, lakin belə qazı tapmaq, almaq və çatdırmaq lazımdır.

Qeyd edək ki, son vaxtlar Rusiya tərəfi İrəvanın Aİ ilə əməkdaşlığı gücləndirmək planlarını nəzərə alaraq Ermənistan üçün qazın qiymətinin artırıla biləcəyini dəfələrlə bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: