Prezident: Azərbaycan azsaylı ölkələrdəndir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər.
NUHÇIXAN xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz doğrudan da qovşağıq. Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan azsaylı ölkələrdəndir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.
