Yakutiyada kömür mədənində baş verən partlayış nəticəsində 4 nəfər ölüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yakutiyada Elqinsk kömür mədənində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, iki yaralı var.

İlkin məlumatlara görə, hadisə mədəndə qaynaq işləri aparılarkən baş verib. Ehtiyat nasos stansiyasındakı su çəninin təzyiqi aşağı düşüb və güclü zərbə dalğasına səbəb olub.

Stansiyadakı altı işçi böyük hündürlükdən yıxılıb. Onlardan dördü ölüb. Digər iki nəfər başından xəsarət, o cümlədən çoxsaylı sınıqlar alıb.

Təcili yardım xidmətləri hadisə yerində işləyir. Neryungri şəhəri prokurorluğu hadisənin səbəblərini müəyyən etmək, əməyin mühafizəsi və təhlükəsizliyi qanunlarına riayət olunmasını qiymətləndirmək üçün araşdırmaya başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: