Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

A- A A+

Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insan zərər çəkib.

Səlahiyyətlilərin sözlərinə görə, yağıntıların toplanması səbəbindən şəhərin böyük kanallarında suyun səviyyəsi yüksəlib. Daşqın suları şəhərə, xüsusilə də mərkəzi və şərq rayonlarına yayılaraq yolları su altında qoyub və nəqliyyatın hərəkətini dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: