İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4386-ya çatıb

A- A A+

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4386-ya, yaralananların sayı isə 12413-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində ölkənin cənubundakı Nəbatiyyə əyalətinə endirilən hava zərbələri nəticəsində 5 nəfər həlak olub.

İsrail aviasiyası sentyabrın 25-də Kfar Tibnit və Nəbatiyyə əl-Fəvqa yaşayış məntəqələrinə zərbələr endirib. Həmçinin Zautar əl-Şərqiyyə kəndinin ətrafı artilleriya atəşinə tutulub.

Sərhəd bölgəsində yerləşən bir sıra yaşayış məntəqələrinin də bombardman edildiyi və mülki əhali arasında itkilərin olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: