Çin və ABŞ liderləri beynəlxalq su yollarında tranzit haqqı tətbiq olunmasına qarşıdır

A- A A+

Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə 3 günlük dövlət səfəri çərçivəsində tərəflər 8 məsələ üzrə razılığa gəliblər.

NUHÇIXAN xəbər verir ki, Çin tərəfinin açıqladığı məlumata görə, Si Cinpin və Donald Tramp ticarət qrupları arasında əldə edilmiş qarşılıqlı tariflərin 30 milyard ABŞ dolları həcmində azaldılmasını nəzərdə tutan razılaşmanı təsdiqləyiblər. Tərəflər süni intellektlə bağlı dialoq qurmaq barədə razılığa gəliblər. Dialoqun növbəti mərhələsi noyabr ayına nəzərdə tutulub. Bundan başqa, süni intellektlə bağlı insidentlərin həlli üçün kommunikasiya kanalı yaratmaq barədə razılıq əldə edilib.

Çin və ABŞ lideri razılığa gəliblər ki, heç bir ölkə və ya qurum beynəlxalq su yollarında tranzit haqqı tətbiq etməməlidir. Onlar İranın nüvə silahı yaratmamaq öhdəliyini yerinə yetirməli olduğu barədə razılığa gəliblər.

Razılıq əldə olunan digər məsələlər liderlərin bu ilin sonunda APEC və G20 sammitlərində iştirakı ilə bağlıdır. Bundan başqa, tərəflər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hüquq-mühafizə əməkdaşlığının nəticələrini müsbət qiymətləndirib, Çin və ABŞ hərbçilərinin böhran zamanı kommunikasiyanın və böhranların qarşısının alınması tədbirlərinin gücləndirilməsinə dair anlaşma memorandumunu mümkün qədər tez imzalamaq barədə razılığa gəliblər.

Qeyd edək ki, ÇXR Sədri Si Cinpin sentyabrın 23-25-də ABŞ-də dövlət səfərində olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: