Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayır.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirakının yekunları ilə bağlı bildirib.
"Yaxşı haldır ki, İran və ABŞ arasında danışıqların bərpası ilə bağlı səylər davam edir. Pis olan isə odur ki, hələlik bu səylər nəticə verməyib", – deyə o bildirib.
Onun sözlərinə görə, münaqişənin gərginləşməsinə və müharibənin yenidən başlamasına yol vermədən diplomatik səylər davam etdirilməlidir:
"Biz amerikalı və iranlı tərəfdaşlarımızla müharibənin regiona yayılmasının qarşısının alınması məsələlərini müzakirə etdik".
