Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var

A- A A+

Türkiyədə ağır yol qəzası olub.

NUHÇIXAN-ın "Haber Global"a istinadən xəbərinə görə, hadisə Qaziantepdə qeydə alınıb.

Belə ki, sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşduqdan sonra aşıb. Qəza nəticəsində 7 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Əraziyə təcili yardım, jandarm, xilasedicilər göndərilib.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Hadisənin başvermə səbəbi açıqlanmır. Araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: