Tramp süni intellektlə bağlı bəyanat verəcək

A- A A+

ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə bağlı bəyanatla çıxış edəcək.

NUHÇIXAN xəbər verir ki, Tramp, həmçinin “Anthropic” şirkətinin baş direktoru Dario Amodei ilə görüşəcək və onunla şam yeməyində iştirak edəcək.

ABŞ liderinin sözlərinə görə, süni intellektlə bağlı görüş və bəyanat mühüm əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, Amodei süni intellekt texnologiyalarının nəzarətsiz inkişafının mümkün riskləri barədə daha əvvəl xəbərdarlıq edib. Tramp isə süni intellekt texnologiyalarının inkişafının davam etdirilməsini dəstəkləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: