Hindistanın şimal hissəsində bir neçə gün davam edən şiddətli yağışlar nəticəsində 60-dan çox insan ölüb, onlarla insan yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Hindistan mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, 1 000-dən çox bina dağılıb.
Məlumata görə, şiddətli yağışlar artıq üç gündən çoxdur, davam edir və bir neçə rayonu su basıb.
Hindistanın şərqindəki Odişa ştatında da daşqın baş verib, 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
