“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.
NUHÇIXAN xəbər verir ki, “HÜRKUŞ-II” Türkiyə Silahlı Qüvvələrində istifadə olunacaq ilk yerli istehsal olan pilotlu təyyarədir.
Təhvil mərasimi TUSAŞ-ın Ankaradakı müəssisələrində baş tutub.
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Departamenti bildirib ki, TUSAŞ ilə razılaşdırılmış layihə çərçivəsində ümumilikdə 55 ədəd “HÜRKUŞ-II” təyyarəsi istehsal olunacaq.
Bu il Türkiyə Hərbi Hava Qüvvələrinə əlavə on təyyarə təhvil veriləcək, qalan 43 təyyarənin isə 2028-ci ilin sonuna qədər tədarük olunması planlaşdırılır.
