Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

A- A A+

Qazaxıstanda “Direct-to-Cell” texnologiyasından istifadə edən peyk mobil şəbəkəsi olan “Starlink Mobile” istifadəyə verilib.

NUHÇIXAN Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, layihə “Beeline Kazakhstan” və “Starlink” ilə birgə həyata keçirilir.

Texnologiya uyğun smartfonlara xüsusi peyk telefonu, xarici antena və ya əlavə avadanlıq olmadan peyklərə birbaşa qoşulmağa imkan verir. İstifadəçilər yerüstü mobil şəbəkənin əhatə dairəsindən tamamilə məhrum olan ərazilərdə mesaj göndərə və qəbul edə, eləcə də əsas internet xidmətlərinə çıxış əldə edə biləcəklər.

Baş nazirin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, Qazaxıstan Mərkəzi Asiyada “Direct-to-Cell” texnologiyasının praktik sınaqlarını keçirən ilk ölkə olub və hazırda istehlakçı xidməti səviyyəsinə çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: