Sudan və Efiopiya bir-birini ərazilərində fəaliyyət göstərən silahlı üsyançı qüvvələrə dəstək verməkdə ittiham edib.
NUHÇIXAN “əl-Hədəs”ə istinadla xəbər verir ki, Sudan Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Asim Avad Efiopiya tərəfindən səsləndirilən ittihamları rədd edərək onları “əsassız” adlandırıb.
Ölkəsinin digər dövlətlərin daxili işlərinə müdaxilə etmədiyini açıqlayan Sudan ordusunun sözçüsü Efiopiya tərəfini dəqiqliyə və məsuliyyətə riayət etməyə, məsələlərlə bağlı rəsmi kanallardan istifadə etməyə çağırıb.
Bununla yanaşı, Sudan Silahlı Qüvvələri qiyamçı Çevik Dəstək Qüvvələrinə Efiopiya ərazisindən dəstəyin davam etdirilməsi barədə məlumatlara malik olduğunu açıqlayıb.
Eyni zamanda, Efiopiya Milli Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Berhanu qonşu dövlətləri Əddis-Əbəbəyə qarşı çıxan qruplara dəstək verməkdə ittiham edib.
