Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

A- A A+

Böyük Britaniyada nüvə sualtı qayıqlarının yerləşdiyi hərbi-dəniz bazasında tikiləcək yeni doklarla bağlı tenderdə xarici şirkətlərin iştirakına icazə verilməyəcək.

NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, Şotlandiyadakı “HM Naval Base Clyde” hərbi-dəniz bazasında Kral Donanmasının sualtı qayıq donanmasına xidmət göstərmək üçün üç yeni üzən dok inşa ediləcək. Layihə milli təhlükəsizlik baxımından əhəmiyyətli hesab edildiyindən tender yalnız Böyük Britaniya şirkətləri üçün açıq olacaq. Yeni obyektlər Böyük Britaniyanın hazırkı və gələcək nüvə sualtı qayıqlarının texniki xidmətini təmin edəcək, burada yoxlamalar, təmir və modernləşdirmə işləri aparılacaq.

“The Telegraph” qəzetinin ötən həftə yaydığı məlumata görə, son beş ildə Böyük Britaniyanın 30 milyard funt sterlinqdən çox müdafiə müqaviləsi xarici təchizatçılara verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: