Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda silahlı hücum nəticəsində üç polis əməkdaşı həlak olub, daha üçü isə yaralanıb.
NUHÇIXAN DAWN-a istinadən xəbər verir ki, bu barədə polisin ilkin hesabatında bildirilib.
Sənədə əsasən, naməlum silahlı şəxslər polis furqonuna atəş açıblar.
Atışma nəticəsində yoldan keçən iki şəxs də xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb.
Hücumdan sonra naməlum şəxslər yol polisinin xidməti avtomobili ilə hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları şübhəlilərin yaxalanması üçün axtarış əməliyyatına başlayıb. Ərazi mühasirəyə alınıb.
