Lukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib

A- A A+

Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib.

NUHÇIXAN BELTA-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.

Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavini vəzifəsini tuturdu.

Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Pavel Muraveyko idi. Yeni fərmana əsasən, P.Muraveyko Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: