Dilan Yeşilgöz-Zegerius: Niderland Ukrayna hərbçilərinin təliminə 10 milyon avro ayıracaq

A- A A+

Niderland Ukrayna hərbi qulluqçuları üçün təlim infrastrukturunun yaradılmasına və inkişafına 10 milyon avro ayıracaq.

NUHÇIXAN "Report"a istinadən xəbər verir ki, bu barədə Niderlandın Baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz-Zegerius Brüsseldə Aİ müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün biz Ukraynadakı təlim obyektlərinə 10 milyon avro ayıracağımızı elan edəcəyik", - o qeyd edib.

Dilan Yeşilgöz-Zegeriusun sözlərinə görə, Niderland müttəfiqləri ilə birlikdə artıq 100 minə yaxın Ukrayna hərbi qulluqçusunun hazırlanmasına kömək edib:

"Yeni maliyyələşdirmə birbaşa Ukraynada hərbçilərin hazırlığı üçün imkanları genişləndirməyə imkan verəcək. Yaxşı hazırlıq keçmiş əsgərlərin cəbhə xəttində sağ qalmaq şansları daha çoxdur".

Söhbət Niderland Müdafiə Nazirliyinin büdcəsindən Ukraynaya yardım üçün nəzərdə tutulan vəsaitdən gedir, lakin 10 milyon avro maliyyələşdirmənin konkret istiqaməti üzrə yeni elan olunan məbləğdir.

Dilan Yeşilgöz-Zegerius həmçinin müdafiə imkanlarındakı çatışmazlığın aradan qaldırılması üçün Avropa ölkələrinin daha sıx əməkdaşlığının zəruriliyini bəyan edib.

O, Avropa ölkələrini daha sıx əməkdaşlıq etməyə, müdafiə sənayesini gücləndirməyə və birgə satınalmalar həyata keçirməyə çağırıb. Onun sözlərinə görə, əgər hər bir dövlət öz ehtiyaclarını necə qarşılayacağına müstəqil şəkildə qərar verərsə, bu, mövcud boşluqları effektiv şəkildə aradan qaldırmağa imkan verməyəcək. Nazir bu məsələni Aİ səviyyəsində daha "sərt" qaldırmaq niyyətində olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: