ABŞ Müdafiə Nazirliyi noyabrda keçiriləcək Konqres seçkilərinə xarici müdaxilənin qarşısını almaq üçün süni intellekt və digər rəqəmsal imkanlardan istifadə edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
ABŞ müdafiə naziri Pit Heqset Pentaqona xarici müdaxiləni “aşkarlamaq, pozmaq və neytrallaşdırmaq” üçün qabaqcıl kəşfiyyat və rəqəmsal imkanlardan istifadə etməyi tapşırıb.
Sənədə əsasən, Pentaqon ABŞ Kiberkomandanlığı və Daxili Təhlükəsizlik Departamenti ilə əməkdaşlıq çərçivəsində seçkilərə qarşı mümkün kibertəhdidlərin qarşısını almağa çalışacaq.
Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.
