Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

A- A A+

Pakistanın Murri şəhərində məktəbliləri daşıyan mikroavtobus yoldan çıxaraq yanıb, hadisə nəticəsində ən azı 11 uşaq xəsarət alıb.

NUHÇIXAN "DAWN"a istinadən xəbər verir ki, hadisə "Bara Hotar Link Road" yolunun yaxınlığında baş verib.

Hadisə yerinə xilasetmə qrupları göndərilib. Əksəriyyəti məktəbli olan sərnişinlər avtomobildən təhlükəsiz şəkildə təxliyə ediliblər. Onlar yüngül xəsarətlər alıblar, lakin alov avtomobili tamamilə bürüyüb.

4-14 yaş arası 11 sərnişindən doqquzu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılara zəruri tibbi yardım göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: