Suriyada qaz kəməri partladılıb

A- A A+

Suriyada qaz boru kəmərinin əl-Şula məntəqəsi ilə Deyr əz-Zor arasındakı hissəsində bu gün qeydə alınmış partlayışın səbəbi açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Suriya Xəbər Agentliyinin ölkənin Dövlət Neft Şirkətinə istinadla yaydığı məlumata görə, hadisə təxribat nəticəsində baş verib.

Yanğın Cəbsə qaz emal müəssisəsindən elektrik enerjisi istehsal edən stansiyalara qaz axınının dayanmasına səbəb olub.

Məlumata görə, yanğınsöndürmə briqadaları hadisə yerini əhatəyə alıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: