Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

A- A A+

Fransanın dövlət borcu 2026-cı ilin ikinci rübünün yekunlarına görə tarixi maksimumunu yeniləyərək 3,6 trilyon avroya yaxınlaşıb. NUHÇIXAN xəbər verir ki, bu barədə sentyabrın 29-da ölkənin Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (Insee) məlumat yayıb.

“2026-cı ilin ikinci rübünün sonunda Maastrixt meyarlarına əsasən hesablanan dövlət borcu 3 trilyon 595,5 milyard avro təşkil edib”, - deyə məlumatda bildirilir.

Bu göstərici cari ilin birinci rübü ilə müqayisədə 59,6 milyard avro artıb. Fransanın dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 119 faizə çatıb. Bu göstəriciyə görə Fransa Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin birinci rübündə Fransanın dövlət borcu tarixdə ilk dəfə 3,5 trilyon avronu ötüb. Bundan sonra Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi 2026–2027-ci illərdə yeni antirekordların qeydə alınacağını proqnozlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: