Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

A- A A+

Rusiyanın Amur vilayətində Tu-95 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın altı üzvü həlak olub, bir nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, təyyarə təlim-məşq uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə sursatsız uçuş həyata keçirib və yaşayış olmayan əraziyə düşüb.

Təyyarənin göyərtəsində ümumilikdə yeddi ekipaj üzvü olub.

Hadisənin səbəblərini və şəraitini müəyyənləşdirmək üçün Rusiyanın Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: