ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

A- A A+

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirərək ölkənin maliyyə əməliyyatlarına, o cümlədən özəl sektora dair yeni məhdudiyyətlər tətbiq edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kuba təhlükəsizlik strukturları ilə əlaqəli qurumlarla maliyyə əməliyyatları qadağan edilib.

Bundan əlavə, ABŞ banklarının Kuba ilə bağlı müəyyən dollar ödənişlərini emal etməsinə və Kuba vətəndaşlarının özəl sahibkar kimi hesablar açmasına imkan verən əvvəlki icazələr ləğv olunub.

Yeni məhdudiyyətlər ABŞ vətəndaşlarının Kubaya bəzi səfərləri, o cümlədən mədəni mübadilə proqramları və peşəkar tədbirlərlə bağlı qaydaları da sərtləşdirir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı ticarət embarqosunu 2027-ci il sentyabrın 14-dək uzadıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: