ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri üçün altıncı nəsil F/A-XX qırıcı təyyarəsinin hazırlanması məqsədilə “Boeing” şirkəti ilə 20 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Pentaqonun məlumatına görə, müqavilə sınaqlar üçün bir neçə prototip təyyarənin hazırlanmasını nəzərdə tutur.
F/A-XX-nin gələcəkdə ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18E və F/A-18F Super Hornet, eləcə də EA-18G Growler təyyarələrini əvəz etməsi planlaşdırılır.
Müqavilə uğrunda “Northrop Grumman” şirkəti də mübarizə aparıb. Pentaqon ötən il ABŞ Hərbi Hava Qüvvələri üçün F-47 altıncı nəsil qırıcısının hazırlanmasını da “Boeing” şirkətinə həvalə edib.
