OPEC+ çərçivəsində könüllü hasilat məhdudiyyətlərini davam etdirən yeddi ölkə noyabr ayında mövcud neft hasilatı hədəflərini dəyişmədən saxlaya bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzairin hasilat planlarını dəyişməməsi gözlənilir.
Agentliyin məlumatına əsasən, sözügedən ölkələrin görüşü oktyabrın 4-də keçiriləcək. Hazırkı yol xəritəsinə əsasən, oktyabr üçün hasilat kvotası kompensasiya nəzərə alınmadan sutkada 31,01 milyon barel təşkil edir.
