GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdə bir nisbətində azalıb

A- A A+

Avqustda ayında Yaxın Şərqdə qaz və mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı illik müqayisədə təxminən üçdə bir nisbətində azalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) aylıq hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, qlobal qaz tələbatı cari ilin avqust ayında yaxşılaşma əlamətləri göstərsə də, Yaxın Şərqdə davam edən böhran fonunda regionlar üzrə meyllər qarışıq olaraq qalıb. Avropada qaz istehlakı artıb və bu, əsasən enerji sektoruna tələbatın artması ilə dəstəklənib. Çünki anomal istilər soyutma tələbatını artırıb, bəzi bazarlarda isə nüvə, hidro və külək enerjisinin istehsalının aşağı olması qazla işləyən enerji istehsalından asılılığı artırıb. Şimali Amerikada, xüsusən də ABŞ-də yüksək temperaturun enerji sektorunda istehlakı artırması ilə qaza tələbat da yüksəlib. Asiyada tələb qarışıq olaraq qalıb və qazla işləyən qurğulardan enerji istehsalının zəifləməsi bir neçə ölkədə qaz istehlakına təsir göstərib.

Bildirilir ki, Hürmüz boğazının bağlanması avqust ayında da qlobal qaz istehsalında pozuntulara səbəb olmağa davam edib. Belə ki, regiondakı əsas qaz və LNG istehsalçılarının ciddi həcmdə itkilərilə üzləşməsi nəticəsində Yaxın Şərqdə istehsal illik müqayisədə təxminən üçdə bir nisbətində azalıb. Qlobal hasilata olan təsir Şimali Amerikada, xüsusilə də ABŞ-də hasilatın artımının davam etməsi sayəsində qismən yumşaldılıb. Bu regionda qaz hasilatının yüksək səviyyəsi Yaxın Şərqdən qaynaqlanan təchizat azalmasının əhəmiyyətli hissəsini kompensasiya etməyə kömək edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: