Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

A- A A+

Misir arxeoloji ekspedisiyası Dəhla oazisindəki “Bir Əl-Şağala” arxeoloji məkanında Roma dövrünə aid özünəməxsus piramida formalı sərdabə aşkar edib.

NUHÇIXAN “Əl-Əhram” nəşrinə istinadla xəbər verir ki, sərdabə nadir daş girişə, qədim Misir mətnləri toplusu olan “İmi-Duat”dan götürülmüş dəfn səhnələrinə və qaya üzərində yunan dilində yazılmış 19 sətirlik dəfn ağısına malikdir.

Çiy kərpicdən tikilmiş və bir kişi ilə həyat yoldaşının dəfni üçün istifadə edildiyi güman edilən sərdabənin qeyri-adi memarlıq quruluşu, həmçinin Misir, yunan və Roma elementlərinin vəhdəti həmin dövrdə bu oazisdə dəfn adətləri və mədəni həyat haqqında yeni məlumatlar təqdim edir.

Ən diqqətçəkən tapıntılar arasında qədim yunan dilində yazılmış ağını (matəm mətni) əks etdirən daşdan hazırlanmış dəfn stelası yer alır. İlkin tədqiqatlara əsasən, hakim vəzifəsində çalışdığı ehtimal edilən Piseçtes adlı şəxsə həsr olunmuş bu 19 sətirlik mətn Roma dövründə vahədə çiçəklənən ədəbi və mədəni fəaliyyətə dair sübutlar təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: