“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

A- A A+

Üç diplomatik mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, ötən gecə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə partlayış səsləri eşidilib.

NUHÇIXAN xəbər verir ki, Efiopiyanın şimalında ötən həftədən bəri federal qüvvələrlə döyüşən müxalifət ittifaqı ilə əlaqəli bir mənbə agentliyə bildirib ki, ittifaq silahlıları Əddis-Əbəbəyə, o cümlədən şəhərdəki hərbi qərargaha bir neçə pilotsuz uçuş aparatı (PUA) zərbəsi endirib. Bu, hökumət əleyhinə çıxış edən qüvvələr tərəfindən Efiopiya paytaxtına qarşı həyata keçirilən ilk PUA hücumudur.

Baş nazir Abiy Əhmədin ofisi, habelə federal hökumət və hərbi qurumların sözçüləri bu məlumatları şərh etməyib.

Efiopiyanın şimalında ötən həftə baş verən toqquşmalar 2020-2022-ci illər vətəndaş müharibəsinin bitməsindən bəri ölkədə zorakılığın ən böyük miqyasda artması olub.

Milli kəşfiyyat xidməti çərşənbə günü elan edib ki, təhlükəsizlik səbəbindən Əddis-Əbəbə və onun ətrafı üzərində bütün PUA uçuşları qeyri-müəyyən müddətə qadağan edilib. Müxalifət ittifaqı qüvvələrinin hücum PUA-larından istifadə etməsi vəziyyəti daha da gərginləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: