Rumıniyada Ziqfrid Mureşanın təklif etdiyi hökumətin parlamentdə etimad səsi ala bilməməsindən sonra ölkənin qarşısında duran konstitusion və siyasi variantlar müzakirə olunur.
NUHÇIXAN xəbər verir ki, “Digi24” telekanalının məlumatına görə, Z.Mureşanın kabineti hökumətin təsdiqlənməsi üçün tələb olunan 233 səs əvəzinə 182 deputat və senatorun dəstəyini qazanıb.
Telekanal Rumıniya Konstitusiya Məhkəməsinin keçmiş sədri və keçmiş hakimlərinin mövqelərinə istinadla parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı hüquqi prosedurun necə tətbiq oluna biləcəyini təhlil edib.
Məqalədə qeyd olunur ki, mövcud vəziyyətdə siyasi proses yenidən Prezident Administrasiyasının üzərinə keçir və dövlət başçısının yeni baş nazir namizədi irəli sürməsi əsas variantlardan biridir. Parlamentin buraxılması məsələsi isə Konstitusiyada nəzərdə tutulan şərtlərin və prosedurların tətbiqindən asılıdır.
Rumıniyada davam edən hökumət böhranı beynəlxalq medianın da diqqətini cəlb edib. “Digi24” xarici media materiallarına istinadla siyasi qeyri-müəyyənliyin ölkənin investisiya mühitinə və kredit reytinqinə təsirinin də müzakirə olunduğunu bildirir.
