Putin Rusiya və Ukrayna arasında zərbələrin qismən dayandırılmasını mənasız hesab edir

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə zərbələrin qarşılıqlı olaraq qismən dayandırılması ilə bağlı irəli sürülən təklifləri mənasız hesab edir.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib.

"Bizə deyirlər, ki gəlin onlar sizin neft emalı zavodlarınıza zərbə endirməyi dayandırsınlar, siz isə onların gəmilərinə zərbələri dayandırın. Qoyun onlar mülki yükləri, kənd təsərrüfatı məhsullarını daşısınlar. Bəs bizim digər mülki yüklərimiz necə olsun? Neft, neft məhsulları kimi yüklərimiz. Onlar zərbələri dayandıracaqlar və bunun nəticəsində, deyək ki, ABŞ-də çox ehtiyac duyulan dizel yanacağının həcmi artacaq", - Putin deyib və qeyd edib ki, Rusiyanın onsuz da kifayət qədər dizeli var, lakin sanksiyalara görə o, dünya bazarlarına çıxarılmayacaq.

"Biz isə buna cavab olaraq iqtisadi baxımdan onlar üçün həssas obyektlərə zərbələri dayandırmalı olacağıq. Razılaşın ki, bu, gülünc səslənir. Bütün bunlar barədə danışmaq olar, lakin yalnız qarşılıqlı maraqlardan çıxış edərək", - Putin bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: