Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri dizel yanacağı çatışmazlığının qarşısını almaq üçün keçirilən təcili danışıqlarda razılığa gələ bilməyiblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbəyə istinadla yazıb. Məlumata görə, Avropa ölkələri ABŞ administrasiyasının tələblərinə güzəştə getmək niyyətində deyil.
Nəşr qeyd edir ki, Aİ-də strateji dizel ehtiyatlarından istifadə imkanları müzakirə olunur. Bununla yanaşı, Qırmızı dənizdə təchizat marşrutlarının risk altında olması vəziyyəti daha da mürəkkəbləşdirir.
Qeyd edək ki, Avropada dizel yanacağının qiyməti oktyabrın 1-də rekord səviyyəyə çatıb. Böyük Britaniyada isə dizelin qiyməti ilk dəfə litrə görə 2 funt-sterlinqi keçib.
