Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

A- A A+

Filippində 7 mədənçinin qaz sızması nəticəsində həyatını itirdiyi ehtimal olunur.

NUHÇIXAN Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Luzon adasının şimalındakı Benget əyalətində yerləşən mədən tunelində baş verib. Məlumata görə, yaşları 18-62 arasında olan mədənçilərin cəsədləri cümə axşamı tunelin girişindən təxminən 20 metr aralıda aşkarlanıb.

Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: