Tehranın əsas beynəlxalq hava limanında ikitərəfli uçuşların sayı İranın aviaşirkətlərinə qarşı ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra 42 faiz azalıb.
NUHÇIXAN “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, buna baxmayaraq, Tehran hava limanımda ən çox tələbat olan bəzi istiqamətlərdə uçuşlar hələ də davam edir.
Xatırladaq ki, ABŞ sentyabrın əvvəlində İranın bütün aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib. ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu kampaniya Tehran iqtisadiyyatına təzyiq göstərmək məqsədi daşıyır.
Bessent bildirib ki, heç kim İran təyyarələrinə yanacaq doldura, xidmət göstərə və ya bilet sata bilməyəcək. Əks halda həmin şirkətlər dollar sistemindən çıxarılacaq.
“Flightradar24” uçuş izləmə platformasının məlumatlarına görə, sanksiyaların sentyabrın 23-də qüvvəyə minməsindən sonra Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanına həyata keçirilən və oradan yerinə yetirilən beynəlxalq uçuşların gündəlik orta sayı 53 olub. Bu göstərici əvvəllər qeydə alınan 91 uçuşla müqayisədə əhəmiyyətli azalma deməkdir.
Bununla belə, İraq Nəqliyyat Nazirliyi çərşənbə axşamı bildirib ki, ABŞ bu ölkənin milli aviaşirkətinə Nəcəf şəhəri ilə İran arasında oktyabr ayından uçuşlar həyata keçirməyə icazə verib.
ABŞ sanksiyalarına baxmayaraq, Tehrana ən çox tələbat olan bəzi hava marşrutları qorunub saxlanılıb.
