Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

A- A A+

Çində dəmir yolu ilə sərnişin səfərlərinin sayı yeni rekord həddə çatıb. Oktyabrın 1-də ölkənin dəmir yolu şəbəkəsi 25 milyon 204 min sərnişin daşıyıb.

NUHÇIXAN “China Daily” qəzetinə istinadla xəbər verir ki, bu barədə Çin Dövlət Dəmir Yolu Qrupu məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də 20,39 milyon sərnişinin qatarlarla səfər edəcəyi gözlənilir. Tələbatı qarşılamaq üçün əlavə 1462 qatarın hərəkətə buraxılması planlaşdırılır.

Məlumata görə, sərnişin axınının artması Çində Milli Günlə əlaqədar bir həftəlik tətilin başlaması ilə bağlıdır. Bu dövrdə ölkə üzrə ümumilikdə təxminən 284 milyon dəmir yolu səfərinin həyata keçiriləcəyi gözlənilir. Dəmir yolu qurumları sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək üçün əlavə qatarlar və avtobus marşrutları təşkil edib.

Qeyd edək ki, bayram günləri ilə əlaqədar sərnişin axınının yüksək səviyyədə olması oktyabrın 8-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: