Zelenski Ukraynaya 2,9 milyard avro ödənilməsi qərarına görə Aİ-yə təşəkkür edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski "Ukraine Facility" proqramı çərçivəsində Kiyevə 2,9 milyard avro ödənilməsi qərarına görə Avropa İttifaqına (Aİ) təşəkkür edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

"Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqına üzv dövlətlərə "Ukraine Facility" proqramı çərçivəsində Ukraynaya 2,9 milyard avro ödənilməsi qərarına görə təşəkkür edirəm. Bu, Ukraynanın makromaliyyə dayanıqlığını təmin etməyə və müdafiə qabiliyyətimizi gücləndirməyə kömək edəcək çox vaxtında göstərilən dəstəkdir", - o qeyd edib.

Zelenski həmçinin Ukrayna və Aİ-nin əldə olunmuş razılaşmaların reallaşdırılması üçün tam koordinasiyada işlədiyini bildirib, yardım və həmrəyliyə görə Aİ-yə təşəkkür edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: