Tehran İraqdan ABŞ sanksiyaları səbəbindən hava reyslərinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması və uçuşların normal rejimə qaytarılması üçün addımlar atmağı istəyib.
NUHÇIXAN “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda açıqlayıb.
Bu müraciət iki ölkə arasında uçuşların dayandırılmasından sonra səsləndirilib. Uçuşların dayandırılması ABŞ-nin İran aviaşirkətlərinə xidmət göstərilməsini məhdudlaşdıran sanksiyaları fonunda baş verib.
