Fransada polis 600 etirazçını həbs edib

A- A A+

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

Bundan başqa, tələbə ittifaqı 25-dən çox universitet kampusunun blokadaya alındığını bildirib.

Polisin məlumatına görə, bu gün səhər saatlarında 600 nəfər həbs edilib.

Bu arada Fransanın ədliyyə naziri Jerald Darmanin orta məktəblərin blokadası zamanı uşaqların vurduğu ziyana görə onların valideynlərinin mülki məsuliyyətə cəlb edilməsi xahişi ilə prokurorluğa müraciət edib.

Yerli mətbuatın məlumatına görə, dünən ölkə üzrə 2 minə yaxın şəxs həbs edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: