Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb.
"Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrində suyun səthinə çıxması planlaşdırılırdı. Onlardan 7-si dalğıc, 1-i isə təlimatçıdır", - məlumatda qeyd edilib.
