Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

A- A A+

Bu gün səhər saatlarında Almaniya Kansleri Fridrix Merts Kiyevə gözlənilmədən səfər edib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

NUHÇIXAN xəbər verir ki, Merts jurnalistlərə açıqlamasında səfərinin məqsədinin Almaniyanın Ukraynaya dəstəyi olduğunu bildirib.

"Mən bu gün Kiyevə gəldim, çünki Ukraynanın yaxın həftələrdə bizim dəstəyimizə ehtiyacı var. Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq”, - deyə Merts dəmir yolu stansiyasında deyib.

O, həmçinin qeyd edib ki, ukraynalılar tezliklə müharibənin beşinci qışına qədəm qoyacaqlar. Rusiya xüsusilə şəhərləri, yaşayış binalarını və istilik elektrik stansiyalarını bombalamağa davam edir. Kansler, həmçinin ukraynalıları sındırmağın mümkün olmadığını vurğulayıb.

Bundan əlavə, alman rəsmisi Zelenskiyə davamlı dəstək göstərəcəyinə söz verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: