Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

A- A A+

Fransanın Tuluza şəhərində lisey şagirdlərinin etirazları zamanı polisin aksiyaya zorakı müdaxiləsini əks etdirən video qalmaqala səbəb olub.

NUHÇIXAN xəbər verir ki, “Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının deputatı Hadryən Klue hadisə ilə bağlı görüntüləri araşdırmaq üçün respublika prokuroruna müraciət edib. Deputat sosial şəbəkələrdə yayımladığı paylaşımda iddia edib ki, Tuluzada identifikasiya nömrəsi gizlədilən polis əməkdaşlarından biri yaralı gəncə təzyiq göstərərkən “Mən üçünün gözünü çıxarmışam” ifadəsini işlədib.

Hadryən Klue polis əməkdaşının davranışını qəbuledilməz hesab etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: