Norveçin cənubundakı Estfol dairəsinin Halden şəhərində silahlı şəxs ovçular qrupuna atəş açıb.
NUHÇIXAN NRK-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, atışma nəticəsində 70 və 40 yaşlarında ata və oğul həlak olub, ciddi xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, şübhəli şəxs - 20 yaşlı kişi hadisə yerində saxlanılıb. Bildirilib ki, o, ovçular qrupunun tərkibində olmayıb.
