Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

A- A A+

Cənubi Koreyanın Jeju adası sahillərində göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi çevrilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində doqquz nəfər xilas edilib, iki nəfər isə itkin düşüb.

Xilas edilənlərdən səkkizi İndoneziya, biri isə Vyetnam vətəndaşıdır. Onların vəziyyətinin stabil olduğu bildirilir. İtkin düşənlər arasında gəminin Cənubi Koreya vətəndaşı olan kapitanı və bir İndoneziya vətəndaşı var.

Sahil mühafizəsi hadisə yerinə helikopter və patrul gəmiləri cəlb edib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: