İraq onilliklər ərzində ilk dəfə Hörmüz boğazından neft daşıyıb.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, dövlət məxsus Neft Tanker Şirkəti nəhəng xam neft daşıyıcısı VLCC vasitəsilə Hörmüz boğazından 2 milyon barel İraq nefti daşıyıb.
Şirkətin nefti ölkənin cənubundakı Bəsrə limanına çatdırmaq əvəzinə Hörmüz boğazından daşımaq qərarı İraqın dövlət neft marketinq şirkəti SOMO-ya neftin satışında daha çox rahatlıq verəcək. Bu, SOMO-ya daha sərfəli satış və qiymət imkanlarından faydalanmağa imkan verə bilər.
İraq Neft Tanker Şirkəti, həmçinin donanmasını genişləndirmək və regiondakı digər dəniz nəqliyyatı şirkətləri ilə rəqabət qabiliyyətini artırmaq üçün ixtisaslaşmış xam neft tankerlərə sahib olmaq niyyətindədir.
Qeyd edək ki, İraq əvvəllər İrandan neft tankerlərinin Hörmüz boğazından keçməsi üçün icazə almışdı.
